Azərbaycan-İndoneziya əməkdaşlığına dair memorandum təsdiqləndi


“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İndoneziya Respublikasının Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında enerji əməkdaşlığına dair Anlaşma Memorandumu” təsdiq edilib.

Yeniavaz.com xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fərman imzalayıb. 

Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İndoneziya Respublikası Hökumətinə bildiriş göndərməlidir.

“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İndoneziya Respublikasının Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında enerji əməkdaşlığına dair Anlaşma Memorandumu” 2021-ci il aprelin 30-da Bakı və Cakarta şəhərlərində imzalanıb.

DİGƏR XƏBƏRLƏR

Top