Balta ilə insanları hədələyən şəxs daha bir video yaydı - Yenilənib


Bakı Metropolitenində balta ilə videosunu paylaşan şəxs yeni görüntülərini yayıb.

Yeniavaz.com xəbər verir ki, insanları öldürməklə hədələyən şəxs barəsində xəbərlər yayıldıqdan sonra sosial şəbəkə hesabında yeni video paylaşıb. O, onu tənqid edən şəxləri qınayıb.



***14:32
Bakı Metropolitenində balta ilə gəzən şəxsin görüntüləri yayılıb.

Yeniavaz.com xəbər verir ki, öz videosunu çəkərək sosial şəbəkələrdə paylaşan şəxs balta ilə gəzdiyini bildirib və insanları ölümlə hədələyib:

“And olsun bizi yaradana. Bakı şəhərində qaşını-gözünü... Nə bilim özünü qadın kimi aparanlardan görsəm, Bakı şəhərində bu balta ilə... Bax metrodayam, həmin o qaşını-gözünü alanın başını kəsməsəm, adam deyiləm”.

Naməlum şəxs əlindəki baltanı da göstərib.

Həmin kadrları təqdim edirik:

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, məsələdən xəbərdardırlar və qurumda müvafiq araşdırmalar başlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top