Bakının bu yollarında tıxac var - Siyahı


Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi paxtayt yollarındakı son vəziyyəti açıqlayıb.
Mərkəzdən Yeniavaz.com-a verilən xəbərə görə, hazırda sıxlıq olan küçə və prospektlər aşağıdakılardır:

1. Bakı-Sumqayıt şossesində - Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər 20 Yanvar dairəsi istiqamətində sıxlıq;

2. Moskva prospektində - Beynəlxalq Avtovağzalın qarşısından 20 Yanvar dairəsinə qədər - əsas və kənar yolda sıxlıq;

3. Heydər Əliyev prospektində - Koroğlu metrosundan başlayaraq, "ASAN xidmət"in yanına qədər əsas və kənar yolda, şəhər istiqamətində sıxlıq;

4. Ziya Bünyadov prospektinin, Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən başlayaraq, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

DİGƏR XƏBƏRLƏR

Top