Baş Prokurorluq Bakıda yaşayış binasının lifti qırılması ilə bağlı məlumat yayıb.
Yeniavaz.com bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinə istinadla xəbər verir.
Belə ki, iyulun 4-ü paytaxtın Nərimanov rayonu Həsənoğlu küçəsi, ev 6 ünvanında yerləşən hündürmərtəbəli binanın liftində texniki nasazlıq səbəbindən əyləcin tutmamasına görə liftin qəflətən bir mərtəbədən sürətlə digər mərtəbəyə düşməsi nəticəsində 1974-cü il təvəllüdlü Zəhra Məmmədovanın ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi müəyyən edilib.
Hazırda faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.