20 Yanvar körpüsünün üstündə yanğın baş verdi


Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində körpünün üzərində qısaqapanma nəticəsində elektrik naqillərində yanğın baş verib.

Yeniavaz.com xəbər verir ki, DYMX-nın müvafiq qüvvələri tərəfindən ətraf ərazi yanğından mühafizə olunub.

“Azəravtoyol” ASC-nın əməkdaşları tərəfindən elektrik naqillərindəki qısaqapanmanın qarşısı alınıb.

DİGƏR XƏBƏRLƏR

Top