Finlandiya və İsveç NATO-ya üzvlüklə bağlı danışıqlara başlayıb və ilk raundu başa çatıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, iyulun 5-də üzvlük protokolu imzalanacaq. Hər iki ölkə Siyasi, hüquqi və hərbi öhdəlikləri yerinə yetirmək istəklərini və imkanlarını rəsmən təsdiqləyiblər. NATO-ya üzvlük bəyanatında qeyd olunub ki, danışıqlar xarici işlər nazirləri və müdafiə nazirləri səviyyəsində aparılıb.