Çavuşoğlu Özbəkistanda baş verən hadisə ilə bağlı müzakirə apardı


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə özbəkistanlı həmkarı Vladimir Norov arasında telefon danışığı olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Çavuşoğlu həmkarı ilə Özbəkistanın Qaraqalpaq Muxtar Respublikasında baş verənləri müzakirə edib.
Türkiyənin XİN başçısı ölkəsinin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin başçılığı ilə hökumət və xalqın hadisələri sağlam düşüncə, sülh şəraitində həll edəcəyinə tam inandığını bildirib.

 

DİGƏR XƏBƏRLƏR

Top