Bakı Nəqliyyat Agentliyi 1 milyon manatlıq təmirə hazırlaşır


Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi paytaxtda səki örtüklərinin və səki ətrafı qoruyucu sədlərin cari təmiri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Yeniavaz.com xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalında məlumat yayılıb. Bildirilib ki, tenderin qalibi “Sear Supply” MMC-dir.

Qalib şirkətə 989 min manat ödəniləcək.

DİGƏR XƏBƏRLƏR

Top