Meymunçiçəyinə yoluxanların 99 faizi kişilərdir - ÜST


Son 2 həftədə meymunçiçəyi virusuna yoluxanların sayı üç dəfə artıb.
Yeniavaz.com
xəbər verir ki, bu haqda Ümumdünya Səhiyyə Təşkilatı məlumat verib.
ÜST-ün məlumatına görə, virusun mərkəzi Avropadır və qitədə 4500-dən çox yoluxma halı var.
"Xəstələrin əksəriyyəti 21-40 yaş aralığındadır və 99 faizi kişidir".
Bildirilib ki, yoluxma sayı sürətlə artsa da, hələ də meymunçiçəyi virusundan ölən olmayıb.
"Virus dünyanın 31 ölkəsində aşkarlanıb və yoluxma hallarının ümumi sayı 5300-dən çoxdur".
Qeyd edək ki, Türkiyədə də bir nəfərdə meymunçiçəyi xəstəliyinin aşkarlandığı açıqlanıb.

DİGƏR XƏBƏRLƏR

Top