Böyrək çatışmazlığından əziyyət çəkən 2 uşaq atasının köməyə ehtiyacı var... - Fotolar


1986-cı il təvəllüdlü Tərtər sakini Həsənov Elşən Mühəddin oğlu xroniki böyrək çatışmzalığından əziyyət çəkir.

Bu barədə Yeniavaz.com-a onun həyat yoldaşı Həsənova Nuranə bildirib.
N. Həsənovanın sözlərinə görə, həyat yoldaşı 3 ildir xəstədir:
“Əvvəllər nə qədər müalicə etdik, sağalmadı. Günaşırı dializə gedir, elə olur ki, həftədə 3 dəfə, vəziyyəti yaxşı olmayanda 4 dəfə gedir. Bədənindən tamamilə sidik ifraz olunmur. Getdikcə ağırlaşır, həkim deyir ki, dializlə çox yaşaya bilməyəcək. Ona görə çox qorxuruq”.
O bildirib ki, Elşənin dostlarından biri ona böyrəyini verməyə hazırdır:
“Dostu birinci qan qrupudur. Biz yoxlatdırmalıyıq ki, görək düz gəlir, hüceyrə uyğunluğu varmı? Təkcə ona 5 min lazımdır. Deyirlər yoxlanış üçün Türkiyəyə və İsrailə göndərirlər. Azərbaycanda elə bir aparat yoxdur”.
N. Həsənova həyat yoldaşının müalicəsi üçün 25 min manata, sözügedən məbləğin toplanması üçün isə köməyə ehtiyaclarının olduğunu deyib.





DİGƏR XƏBƏRLƏR

Top