
Qaraqalpaqstanın paytaxtı Nukus şəhərində baş verən iğtişaşlar zamanı 18 nəfər həlak olub.
Yeniavaz.com RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Özbəkistan Baş Prokurorluğunun rəsmisi Abror Mamatov bildirib.
Respublika Milli Qvardiyasının mətbuat katibi Davron Cumaniyazovun sözlərinə görə, aksiyalar zamanı 243 nəfər xəsarət alıb, onlardan 94-ü hazırda xəstəxanalardadır.
Qeyd olunub ki, iğtişaşlar zamanı 516 nəfər saxlanılıb, lakin onların bir çoxu artıq sərbəst buraxılıb.