Zəhranın qətlə yetirilməsindən 5 il ötür...


Bu gün 14 aylıq körpə Zəhra Quliyevanın erməni təxribatı nəticəsində qətlə yetirilməsindən 5 il ötür.
Zəhra Quliyeva 13 fevral 2016-cı ildə Füzuli rayonu Alxanlı kəndində Elnur və Təhminə Quliyevlərin ailəsində anadan olub.
2017-ci il iyulun 4-də saat 20:40 radələrində Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı qəsəbəsi 82 və 120 millimetrlik minaatanlardan və qumbaraatanlardan atəşə tutulub.
Ermənistan tərəfinin bu təxribatı nəticəsində 14 aylıq Zəhra Quliyeva və nənəsi 1967-ci il təvəllüdlü Sahibə Quliyeva qətlə yetirilib.
Allah rəhmət eləsin!

DİGƏR XƏBƏRLƏR

Top