Qaraqalpaqıstanla bağlı qərar verildi


Özbəkistan parlamenti ölkə konstitusiyasına dəyişikliklər layihəsində Qaraqalpaqstanın suverenliyinin statusunun qorunub saxlanılması barədə qərar qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, parlamentarilər yekdilliklə Özbəkistan konstitusiyasının 70, 71, 72, 73, 74, 75-ci maddələrinin hazırkı versiyada saxlanmasına səs veriblər.
Qeyd edək ki, Qaraqalpaqıstan Muxtar Respublikası Özbəkistanın şərq hissəsində yerləşir və ərazisinin 40%-ni təşkil edir. Respublikada iki rəsmi dil var - özbək və qaraqalpaq.
Məlumat üçün bildirək ki, 29 iyunda Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib və orada respublikanın konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı referenduma hazırlıq məsələsi müzakirə olunub. 2021-ci ilin dekabrında ikinci müddətə prezident seçildikdən bir ay sonra Özbəkistan Prezidenti Şavkat Mirziyoyev respublikanın mövcud konstitusiyasına əlavə və dəyişikliklər təklif edib. Konstitusiya Komissiyası Özbəkistanın 1992-ci ildə qəbul edilmiş hazırkı Konstitusiyasına 200-ə yaxın düzəlişin edilməsini nəzərdə tutan qanun layihəsi hazırlayıb. Əsas qanunun yeni variantına əsasən, ondan Qaraqalpaqıstanın Özbəkistan Respublikasının tərkibində olan suveren respublika olması və Qaraqalpaqıstan xalqının ümumi referendum əsasında Özbəkistandan ayrıla biləcəyi müddəalarının çıxarılması təklif edilib. Bu da muxtar respublikada etirazlara səbəb olub.
Daha sonra Özbəkistan prezidenti ölkənin konstitusiyasına Qaraqalpaqstanın statusu ilə bağlı dəyişikliklər etmək fikrindən daşınıb.

DİGƏR XƏBƏRLƏR

Top