Paytaxtda 8 istiqamətdə tıxac var - Siyahı


Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Yeniavaz.com Mərkəzin məlumatını təqdim edir:

1. Bakı-Sumqayıt şossesində - Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq;

2. Binəqədi şossesində - mərkəz - Azadlıq prospekti metro stansiyası istiqamətində sıxlıq;

3. Moskva prospektində - Beynəlxalq Avtovağzalın qarşısından 20 yanvar dairəsinə qədər kənar yolda sıxlıq;

4. Tbilisi prospektində - 20 yanvar dairəsindən Ak.Həsən Əliyev küçəsi istiqamətində Salamzadə körpüsü ilə kəsişməyədək sıxlıq;

5. Rövşən Cəfərov küçəsində - 20 yanvar dairəsindən Ziya Bünyadov prospektinə gedən yolda sıxlıq;

6. Ziya Bünyadov prospektində - Ələsgər Qayıbov küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq;

7. Heydər Əliyev prospektində - Koroğlu metro stansiyasının qarşısından 5 saylı Asan xidmət mərkəzinin qarşısına qədər əsas yolda sıxlıq;

8. Koroğlu Rəhimov küçəsində - Təbriz küçəsi ilə kəsişmədən Ak.Həsən Əliyev küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

DİGƏR XƏBƏRLƏR

Top