Azərbaycan cüdoçusu beynəlxalq turnirin qalibi oldu


Azərbaycan cüdoçusu Murad Fətiyev Rumıniyanın Kluj-Napoka şəhərində keçirilən Açıq Avropa turnirində qızıl medal qazanıb.

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, 90 kq-da çıxış edən idmançı finalda kanadalı Aleksandr Arensibiaya qalib gəlib.

Qadınların mübarizəsində isə 70 kq-da yarışan Südabə Ağayeva bürünc medal görüşündə yerli idmançı Serafima Moskaluya uduzaraq, 5-ci yerlə kifayətlənib.

DİGƏR XƏBƏRLƏR

Top