Latviyada Sovet İttifaqından qalma 300-ə yaxın heykəl və abidənin söküləcəyi açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, hökumət yaxın 4 ay ərzində ölkədəki demək olar ki, bütün sovet heykəllərini və abidələrini sökməyi hədəflədiyini açıqlayıb.
Söküləcək abidələr arasında paytaxt Riqanın mərkəzində yerləşən 79 metr hündürlüyündə məşhur sovet abidəsi də var. Sovet İttifaqının faşizm üzərində qələbəsinin xatirəsinə ucaldılan bu nəhəng heykəlin dağıdılmasının çox çətin olacağı da bildirilir. 1997-ci ildə heykəli partlatmağa cəhd edən millətçi qrupun iki üzvü qətlə yetirilmişdi.
Digər tərəfdən, bu planın bölgədəki rusdilli icmaların və Kremlin reaksiyasını çəkəcəyi gözlənilir.
Qeyd edək ki, Latviya əhalisinin üçdə biri rus dilində danışır, onların əhəmiyyətli hissəsi isə Rusiyanın siyasətini dəstəkləyir.