Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu gün yenidən Nukusa gedib.
Yeniavaz.com Gazeta.uz-a istinadla xəbər verir ki, dövlət başçısı şənbə günü kütləvi nümayişlərin keçirildiyi Qaraqalpaqıstanın paytaxtında olub və gecə saatlarında qayıdıb.
Qeyd olunur ki, hazırda Nukusda sakitlikdir, küçədə avtomobil demək olar ki, yoxdur. İnternetə çıxış hələ də məhduddur, mobil rabitə isə işləyir.
Qeyd edək ki, respublikada iğtişaşlar sakinlərin konstitusiyaya təklif olunan və regionun statusunun dəyişdirilməsini nəzərdə tutan əlavələrdən narazılıq fonunda baş verib.
Fərdi və kollektiv videomüraciətlərlə başlayan respublika sakinlərinin narazılığı iyulun 1-də Nukusun mərkəzində kütləvi nümayişə çevrilib. Ölən və yaralananların olduğu deyilir.
Şavkat Mirziyoyev Qaraqalpaqıstanda keçirilən iclasda konstitusiyanın respublika ilə bağlı maddələrini dəyişdirməyəcəklərini bildirib.