İstanbulda meşə yanğını söndürüldü - Yenilənib


İstanbulun Beykoz rayonunda meşədə başlayan yanğın söndürülüb.
Yeniavaz.com
Türkiyə mətbuatın aistinadla xəbər verir ki, yaşayış evlərinin yaxınlığında baş verən yanğının söndürülməsinə helikopterlər də cəlb olunub.
Yanğının evlərə keçməsinin qarşısı alınıb.
Qısa müddətdə lokallaşdırılan yanğın artıq söndürülüb.

***14:00
Türkiyənin İstanbul vilayətində meşə yanğını başlayıb.
Yeniavaz.com
Sözcü-yə istinadla xəbər verir ki, Beykoz rayonunun Çavuşbaşı adlanan ərazisində meşəlik ərazidə yanğın baş verib. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən göndərilib. Yanğının söndürülməsinə helikopterlə havadan da dəstək verilir.
Bildirilir ki, yanğın yaşayış sahəsinə yaxın ərazidə baş verib.
Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top