Şirvanda 2 il əvvəl törədilən oğurluğun üstü açıldı


Şirvanda 2 il əvvəl törədilən oğurluq hadisəsinin üstü açılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb. Bildirilib ki, Baş Cinayət Axtarışı İdarəsinin və Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 2020-ci ilin dekabr ayında Şirvan şəhəri ərazisində “Mercedes” markalı bir mikroavtobusdan vətəndaşa məxsus 10.300 manat pul oğurlamaqda şübhəli bilinən şəxsin şəhər sakini, hazırda sonradan törətdiyi başqa bir oğurluq hadisəsinə görə Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən Etiqad Səməndərli olduğu müəyyən edilib.
Dindirilmə zamanı həmin şəxs iki il əvvəl törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Şirvan ŞPŞ-də araşdırmalar davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top