Baş serjant Polis bayramı günü qəzada öldü - Foto


Dünən axşam saatlarında Ağdaşın Yuxarı Ləki kəndi ərazisində Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı, polis baş serjantı Samir Zamanpurun idarə etdiyi “VAZ-21011” markalı avtomobil ilə Ucar rayon sakini Dursun Məmmədovun idarə etdiyi “VAZ-21011” toqquşub.
Yeniavaz.com
xəbər verir ki, hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb. Bildirilib ki, nəticədə S.Zamanpur aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Digər nəqliyyat vasitəsinin sürücüsü və bir nəfər sərnişini isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Ağdaş rayon prokurorluğundan araşdırma aparılır.

Qeyd edək ki, 2 iyul Azərbaycanda polis işçilərini peşə bayramı kimi qeyd olunur.

DİGƏR XƏBƏRLƏR

Top