Ukrayna ordusu Xerson vilayəti Berislav rayonunun İvanovka kəndini azad edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Cənubi Buq istiqamətində Rusiya hərbçiləri Ukrayna qüvvələrinin fəaliyyəti nəticəsində İvanovka kəndini tərk edib”, - deyə Baş Qərargah açıqlayıb.
Qeyd edək ki, Rusiya qüvvələrinin nəzarətində olan Xerson vilayətində vəziyyət ağır olaraq qalır. Rusiya hərbçiləri nəzarət etdikləri əraziyə humanitar yardımın göndərilməsini əngəlləyir, Ukrayna Ordusunun vilayətdə azad etdiyi yaşayış məntəqələrini müntəzəm olaraq atəşə tutur.