Ukrayna ABŞ-dan 50 milyon dollarlıq silah alacaq


Ukrayna ABŞ-dan əlavə 50 milyon dollar dəyərində silah və texnika alacaq.

Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Antoni Blinkenin yaydığı bəyanatda deyilir.

"Ukraynalılar ölkələri uğrunda mübarizəni davam etdirirlər və ABŞ onların layiqli işini dəstəkləyir. Ukraynanın müstəqilliyinə, təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə sadiq qalırıq”, - deyə vurğulanıb.

Blinken Ukraynanın özünümüdafiəsi üçün ABŞ Müdafiə Nazirliyinin ehtiyatlarından on dördüncü silah və texnikanın ayrılmasını qeyd edib.

 

DİGƏR XƏBƏRLƏR

Top