
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev konstitusiyanın Qaraqalpaq Muxtar Respublikası ilə bağlı maddələrinə dəyişiklik edilməyəcəyini açıqlayıb.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, yeni düzəlişlər sakinləri Özbəkistanın tərkibindən ayrılmaq üçün referendum keçirmək imkanından məhrum edir.