Mingəçevirdə Polis Günü qeyd edildi - Fotolar


Mingəçevir Şəhər Polis Şöbəsində 2 iyul-Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirilib.
Yeniavaz.com
xəbər verir ki, Şəhər İcra Hakimiyyəti, hüquq-mühafizə orqanlarının rəhbərləri, polis veteranları və şöbənin şəxsi heyəti əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Daha sonra polis əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər.
Polis şöbəsində davam etdirilən tədbirdə Mingəçevir Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev çıxış edərək daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun təbriklərini şəxsi heyətin diqqətinə çatdırıb.
Polisin peşə bayramını təbrik etmək üçün şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mingəçevir prokuroru Qabil Səfərov, veteran polislər öz çıxışlarında  polisin hər zaman dövlətçiliyimizə sadiq olduğunu və sabitliyin, əmin-amanlığın qorunmasında fədakar xidmət apardığını diqqətə çatdırıblar.
Şəhər İcra Hakimiyyəti adında xidmətdə fərqlənən bir neçə polisə fəxri fərman  təqdim olunub. Polisin peşə bayramı münasibəti ilə şəhid polis əməkdaşlarının ailə üzvülərinə hədiyyələr təqdim olunub. Daha sonra xidmətdə fərqlənən əməkdaşlar mükafatlandırılıb.









Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top