Rusiya xarici ölkələrdə saxlanılan təyyarələrinin sayını açıqladı


Xarici ölkələrdə Rusiyaya məxsus 77 ədəd təyyarə saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Rusiya Nəqliyyat Nazirliyinin rəhbəri Vitali Savelyev bildirib. Onun sözlərinə görə, təyyarələrin bir hissəsi icarəyə verənlərin icazəsi ilə gecikib, bəziləri isə Avropa səması bağlanana qədər Rusiyaya qayıtmağa vaxt tapmayıb.
Onun sözlərinə görə, Nəqliyyat Nazirliyi “hər bir təyyarə üçün mübarizə aparır”. 
Daha əvvəl Nəqliyyat Nazirliyindən bildirilib ki, Rusiyada 1 274 təyyarə istismar olunur. Onlardan 1207-si milli aviasiya reyestrində qeydiyyata alınıb. Qeydiyyatda olan təyyarələrdən 1151-i sərnişin təyyarələridir.

 

DİGƏR XƏBƏRLƏR

Top