Bakının mərkəzində tarixi binada tikilən mansard sökülür - Fotolar


“Bu gün İslam Səfərli küçəsi, 12 ünvanında gəzərkən gördüm ki, 1880-ci ildə tikilmiş və Azərbaycan dövləti tərəfindən qorunan memarlıq abidəsi üzərində üçüncü mərtəbə tikilir (Qanunun 140-cı səhifəsində yazı No 3493)”.
Yeniavaz.com
xəbər verir ki, bunu tanınmış memar Elçin Əliyev sosial şəbəkə hesabındakı paylaşımda yazıb.
“Avropa klassisizm memarlığının sərtliyi ilə seçilən ikimərtəbəli yaşayış binası primitiv üçüncü mərtəbənin tamamlanması ilə eybəcərləşəcək. Əlaqə saxladığım inşaatçıların sözlərinə görə, bütün lazımi icazələr alınıb. Axı bu necə ola bilər?! Cənab mədəniyyət naziri, nə baş verdiyini izah edin. Əgər cəmiyyət və ölkə başçısı memarlıq abidəsinin təhlükəsizliyinə nəzarət etməyi sizə həvalə edibsə, hansı əsasla tarixi binanın üstünün tikilməsinə icazə vermisiniz?!”, - paylaşımda bildirilib.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, qanunsuz tikilinin qarşısı alınıb.




DİGƏR XƏBƏRLƏR

Top