Bu gün Azərbaycanda Polis Günüdür


Bu gün, 2 iyul ölkəmizdə Azərbaycan Polisi Günü kimi qeyd edilir.
Yeniavaz.com
xəbər verir ki, Azərbaycan Prezidentinin 6 iyun 1992-ci il tarixli, 830 nömrəli Fərmanına əsasən hər il iyun 6-sı Azərbaycan Polisi Günü kimi qeyd edilməsi qərara alınıb.
1998-ci ilədək hər il 6 iyun tarixi Azərbaycan Polisi Günü kimi qeyd edilib.
24 may 1998-ci ildə isə Azərbaycan Prezidenti Heydər Əliyevin 710 nömrəli Fərmanına əsasən, Azərbaycan Polisi Gününün tarixi dəyişdirilib.
1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan Polisi Günü elan edilib.
Həmin vaxtdan Azərbaycanda hər il 2 iyul tarixi Azərbaycan Polisi Günü kimi qeyd edilir.

DİGƏR XƏBƏRLƏR

Top