Rusiyada da güclü zəlzələ oldu


Rusiyanın Saxalin vilayətinin cənub sahillərində 6,6 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
“Seysmik hadisənin mərkəzi 331 km dərinlikdə olub. Zəlzələnin episentri Severo-Kurilskdən 1191 km aralıda yerləşib”, - məlumatda bildirilib.
Zəlzələ nəticəsində dağıntı qeydə alınmayıb.
Qeyd edək ki, ötən gün İranda da güclü zəlzələ olub.

DİGƏR XƏBƏRLƏR

Top