Özbəkistanda etiraz aksiyaları olub - Video


Ötən gün Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikasının mərkəzi Nukus şəhərində etiraz aksiyası keçirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Özbəkistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nümayiş hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dağıdılıb:
“İyulun 1-də, təxminən saat 15:00-dan (Bakı vaxtı ilə 14:00 - red.) başlayaraq, konstitusiya islahatlarının yanlış şərh edilməsi nəticəsində bəzi Qaraqalpaqıstan vətəndaşları respublikada Nukus şəhəri ətrafında planlaşdırılmamış yürüşlər keçirmiş, bundan sonra mərkəzi Dexkan bazarının ərazisinə toplaşaraq qanunsuz nümayiş təşkil etmişlər”.
Əlavə edilib ki, vətəndaşlarla qanun pozuntularının yolverilməzliyinin izahı, habelə vətəndaşların müraciətlərinə müəyyən edilmiş qaydada baxılması istiqamətində iş aparılır.
Qeyd edək ki, Qaraqalpaqıstan Özbəkistanın şərq hissəsində yerləşir və ərazisinin 40%-ni təşkil edir. Respublikada iki rəsmi dil var - özbək və qaraqalpaq.
Məlumat üçün bildirək ki, Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) çərşənbə günü iclası keçirilib və orada respublikanın konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı referenduma hazırlıq məsələsi müzakirə olunub. 2021-ci ilin dekabrında ikinci müddətə prezident seçildikdən bir ay sonra Özbəkistan Prezidenti Şavkat Mirziyoyev respublikanın mövcud konstitusiyasına əlavə və dəyişikliklər təklif edib. Konstitusiya Komissiyası Özbəkistanın 1992-ci ildə qəbul edilmiş hazırkı Konstitusiyasına 200-ə yaxın düzəlişin edilməsini nəzərdə tutan qanun layihəsi hazırlayıb. Əsas qanunun yeni variantına əsasən, ondan Qaraqalpaqıstanın Özbəkistan Respublikasının tərkibində olan suveren respublika olması və Qaraqalpaqıstan xalqının ümumi referendum əsasında Özbəkistandan ayrıla biləcəyi müddəalarının çıxarılması təklif edilir.

DİGƏR XƏBƏRLƏR

Top