ABŞ-ın Ukraynaya növbəti hərbi yardımı təsdiqlənib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Todd Bressil deyib.
“Bu gün günortadan sonra ABŞ Müdafiə Nazirliyi Ukraynaya əlavə təhlükəsizlik yardımı üçün 820 milyon dollar dəstək elan edib. Göndəriləcək silahlar arasında hava hücumundan müdafiə sistemləri, radarlar, HIMARS çoxsaylı buraxılış raket sistemləri üçün döyüş sursatı və 155 mm-lik artilleriya üçün 150.000 mərmi var”, - deyə o qeyd edib.