"Rusiya Ukraynaya 3 minə yaxın raket atıb"


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ölkəyə atdığı raketlərin sayını açıqlayıb.
Yeniavaz.com 
UNİAN-a istinadla xəbər verir ki, Zelenski bu barədə Kiyevdə Norveçin baş naziri Yonas Qahr Stere ilə birgə mətbuat konfransında danışıb.
"Ukraynaya qarşı apardığı genişmiqyaslı müharibənin dörd ayında Rusiya artıq 3 minə yaxın raketdən istifadə edib. Rusiyanın hərəkətlərinin bu cür qəddarlığı yalnız tərəfdaşlarımızın Ukraynaya dəstək verməklə bağlı qərarlarının nə qədər düzgün olduğunu vurğulayır. Əvvəla, bu, müdafiə dəstəyidir. Dünyanın heç bir dövləti bu vəziyyətdə tək qalmamalıdır”, - deyə Zelenski vurğulayıb.
 

DİGƏR XƏBƏRLƏR

Top