Sərhədin bağlanması ilə əlaqədar Türkiyə səfirliyindən açıqlama


Xəbər verdiyimiz kimi, bu gün sosial şəbəkələrdə Naxçıvanda Azərbaycan-Türkiyə sərhədinin bağlanmasına dair məlumat yayılıb. Vətəndaşlar ötən gündən etibarən Sədərək keçid məntəqəsindən Türkiyəyə buraxılmayıb.

Yeniavaz.com xəbər verir ki, “Qafqazinfo” məsələ ilə bağlı Türkiyənin Azərbaycandakı səfirliyi ilə əlaqə saxlayıb. Səfirlikdən məsələdən xəbərdar olduqlarını, belə bir qərarın Azərbaycan tərəfindən verildiyini bildiriblər.

“Azərbaycan bütün quru sərhədlərini bağlayıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın bununla bağlı qərarı var. Sərhədlər sentyabrın 1-nə qədər bağlıdır”, - deyə Səfirlikdən qeyd olunub. 

DİGƏR XƏBƏRLƏR

Top