ABŞ Ali Məhkəməsinin ilk qaradərili qadın hakimi o oldu


Ketanji Braun-Cekson Amerika Birləşmiş Ştatları Ali Məhkəməsinin ilk qaradərili qadın hakimi olub.
Yeniavaz.com
 xarici KİV-ə istinadla xəbər verir ki, Braun-Cekson bu gün and içərək vəzifəsinə başlayıb.
Bildirilib ki, Ali Məhkəmənin 9 hakimindən biri olan Stiven Breyerin təqaüdə çıxmasından sonra Ketanji Braun-Cekson Breyerin kreslosuna oturub.
Qeyd edək ki, onun bu vəzifəyə namizədliyi ABŞ prezidenti Co Bayden tərəfindən irəli sürülüb və aprelin 7-də senat tərəfindən təsdiqlənib.

DİGƏR XƏBƏRLƏR

Top