24 yaşlı xanım XİN-də şöbə müdiri təyin edildi


Xarici İşlər Nazirliyində 24 yaşlı xanım şöbə müdiri təyin edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qafqazinfo məlumat yayıb.
Bildirilib ki, nazirlikdə 1998-ci il təvəllüdlü xanım Maliyyə İdarəsində şöbə müdiri təyin edilib. Həmin şəxs ölkənin ali məktəblərindən birini bitirib, sonra isə Ədliyyə Nazirliyində və Hilton hotelində təcrübə keçib. Həmçinin,  gənclərdə liderlik qabiliyyətlərinin inkişafı üzrə ixtisaslaşmış beynəlxalq QHT-nin təlimlərinə qatılıb. 
Yeni şöbə müdiri bir ilə yaxındır ki, XİN-də Maliyyə idarəsində işləyir. İşə əvvəlcə məsləhətçi kimi başlayıb, sonra isə şöbə müdiri təyin edilib.

DİGƏR XƏBƏRLƏR

Top