Prezidentlər duz-çörək, gül-çiçəklə qarşılandı, Putindən başqa - Video


Xəzər sammitinə qatılmaq üçün Türkmənistanın paytaxtı Aşqabada gedən Rusiya Prezidenti Vladimir Putini hava limanında heç kim qarşılamayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Rusiya Xidmətinin hazırladığı reportajda bildirilib.
Qeyd edilib ki, sammitdə iştirak etmək üçün Aşqabada gələn digər Xəzəryanı ölkələrin prezidentləri duz-çörək, gül-çiçəklə qarşılanıb.
Putin isə təyyarədən avtomobilə kimi təkbaşına gedib.
Rəsmi açıqlama verilməsə də, ehtimal olunur ki, bu, Putin komandasının öz təşəbbüsü ilə olub. Təhlükəsizlik və xəstəliyə yoluxma riskinə görə qarşılanma mərasimindən imtina edilib.

DİGƏR XƏBƏRLƏR

Top