Bu qazilərə də əlillik veriləcək


“Qazilərdə ən çox rastlaşdığımız xəstəliklər partlayış travmasından sonra posttravmatik stress pozuntuları, vegetativ damar davamsızlığı, somatoform pozuntular və s.-dir. Və bunların heç biri indiyə kimi əlilliyə əsas vermirdi”.
Yeniavaz.com
xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdir müavini Ülvi Hüseynov deyib.
“Təsəvvür edin yüzlərlə belə adam var. Bizim bunlara bir əməli borcumuz var idi. Cənab nazirin birbaşa iradəsi ilə bu məsələ həllini tapdı. Həmin diaqnozlar, ağırlaşmalar artıq yeni meyarlarda var və təsdiqlənib. Bununla bağlı bəlli siyahı mütəxəssislərə təqdim olunub. Bununla bağlı artıq iş gedir. Siyahı yekunlaşandan sonra yekun qərar veriləcək, TƏBİB və Səhiyyə Nazirliyinə müraciət olunacaq, onlara yeni göndəriş rəsmiləşdirilərək təyinat aparılacaq”, - Ü. Hüseynov bildirib.

DİGƏR XƏBƏRLƏR

Top