Bakıda 2 milyona satılan helikopterləri alan yoxdur - Fotolar


"Azərbaycan Hava Yolları" QSC-ə (AZAL) aid olan 3 ədəd helikopter yenidən hərraca çıxarılacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin yaydığı məlumatda bildirilib.
Məlumatda göstərilir ki, 1 ədəd “Airbus Helicopters EC-135P2” və 2 ədəd  “Airbus Helicopters EC-155B1” helikopteri 21 iyul 2022-ci il tarixində hərraca çıxarılacaq.
“Airbus Helicopters EC-155B1” helikopterləri 2005-ci, “Airbus Helicopters EC-135P2” helikopteri isə 2009-cu ildə istehsal olunub. 
Hava nəqliyyatı vasitələrinin hər birinin start qiyməti 2 milyon manat olacaq.
Qeyd edək ki, əvvəlki hərrac bu ilin mart ayının 1-də keçirilib və helikopterləri alan olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top