Türkiyədəki uçqunda ölən azərbaycanlının kimliyi bilindi - Video + Yenilənib


Türkiyənin Artvin şəhərində baş verən torpaq sürüşməsində ölən azərbaycanlı sürücünün şəxsiyyəti məlum olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) şöbə müdiri Ruslan Eldaroğlu feysbukda yazıb.
"Arvin vilayətində torpaq uçqunu zamanı həlak olan azərbaycanlı sürücünün şəxsiyyəti bəlli olub. 99-HY-188 dövlət nömrə nişanlı yük avtonəqliyyat vasitəsinin sürücü Şahlar Kərimovdur", - o bildirib.

***11:10
Türkiyənin Artvin əyalətinin Kamalpaşa rayonunda dağda uçqun olub.
Yeniavaz.com
xəbər verir ki, uçqun nəticəsində dağdan qopan iri qayalar yol kənarında  dayanan avtomobillərin üzərinə düşüb.
Nəticədə 3 TIR-a ziyan dəyib, 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosasiyasının məlumatına görə, ölən sürücü azərbaycanlıdır:
“Vəfat edən sürücümüzün kimliyini müəyyən etmək istiqamətində ABADA tərəfindən işlərə başlanılıb”.



DİGƏR XƏBƏRLƏR

Top