Ölkənin ən böyük investisiya şirkətlərindən biri olan “Paşa Kapital İnvestisiya Şirkəti” QSC ötən il üçün maliyyə hesabatını açıqlayıb.
Yeniavaz.com şirkətin açıqladığı hesabata istinadən bildirir ki, “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-nin ötən il 2 milyon 461 min 187 manat gəliri olub. Şirkətin gəlirləri 2020-ci illə müqayisədə 11,5% və ya 319 min 133 manat azalıb.
Məlumat üçün bildirək ki, 300 min manat nizamnamə kapitalı olan “Paşa Kapital İnvestisiya Şirkəti” QSC 27.06.2012-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Nəsimi rayonu, Lev Tolstoy, ev 170-də yerləşən QSC-nin qanuni təmsilçisi Hacıyev Ceyhun Afil oğludur. “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-nin səhimlərinin 100%-i “Paşa Holdinq”ə aiddir.
A. Cəfərov