Odessada ölənlərin sayı artdı - Yenilənib


Rusiya raketinin yaşayış binasını vurması nəticəsində ölənlərin sayı yenidən artıb.
Yeniavaz.com
“RBC Ukraina”ya istinadən xəbər verir ki, son məlumatlara əsasən Odessada ölənlərin sayı 17-ə çatıb, 31 nəfərin yaralandığı bildirilir.
Yaralılar arasında dörd uşaq və bir hamilə qadın da var.
Dağıntılar altından üçü uşaq olmaqla 8 nəfər xilas edilib.

***08:15
Ötən gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın Odessa vilayətinə strateji aviasiyadan bir neçə raket zərbəsi endirib.

Yeniavaz.com xəbər verir ki, raketlərdən biri doqquz mərtəbəli binaya düşüb, on dörd nəfər həlak olub, üçü uşaq olmaqla otuzdan çox yaralı olduğu bildirilir.
Bu barədə Odessa Hərbi Administrasiyası məlumat yayıb.
Qeyd edilib ki, atılan raketlərdən biri 9 mərtəbəli yaşayış binasına, ikincisi isə Belqorod-Dnestrovski rayonundakı istirahət mərkəzinə düşüb. 9 mərtəbəli yaşayış binasının bir bloku tamamilə dağılıb.
Xilasedicilər dağıntılar altından həlak olanların cəsədini çıxarıb. Təxminən 20 kvadratmetr sahədə evə bitişik mağazada da dağıntılar var. İstirahət mərkəzində yanğın aşkar edilməyib. Ölənlərin sayı dəqiqləşdirilir.

DİGƏR XƏBƏRLƏR

Top