İndoneziya Prezidenti Coko Vidodo Rusiya lideri Vladimir Putinə Ukrayna prezidenti Volodimir Zelenskinin mesajını çatdırdığını bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
"Mən Prezident Zelenskinin mesajını prezident Putinə çatdırdım və iki lider arasında əlaqə qurulması üçün hazır olduğumu bildirdim. Bu kontekstdə mən Kiyevdə və Moskvada oldum", - deyə Vidodo qeyd edib.
Onun sözlərinə görə, sülh yolu ilə nizamlanmanın təşviq edilməsi və Rusiya ilə Ukrayna arasında dialoqun açılması vacibdir.