
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Rusiyanın dövlət başçısı Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışığı aparacaq.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bunu NATO-nun Madrid sammitinin yekunlarına dair mətbuat konfransında Ərdoğan deyib.
“Bizim bir “yol xəritəmiz” artıq formalaşıb. 20-yə yaxın ərazidə gəmilərimiz var. Odur ki, dəhlizin açılması üçün çalışacağıq”, - deyə o qeyd edib.