Famil Sadıqovun açıqlaması “Qazprom”un səhmlərini kəskin ucuzlaşdırdı


Moskva birjasında Rusiyanın və eləcə də dünyanın ən böyük neft-qaz şirkətlərindən biri olan “Qazprom”un səhmləri 30%-dən çox dəyər itirib.
Yeniavaz.com
Rusiya mətbuatına istinadən bildirir ki, səhmlərin kəskin şəkildə ucuzlaşmasının səbəbi “Qazprom” İdarə Heyətinin sədr müavini Famil Sadıqovun açıqlaması olub.
Famil Sadıqov açıqlamasında bildirib ki, səhmdarların illik yığıncağında 2021-ci il üçün dividend ödəməkdən imtina edilib: “Səhmdarlar qərara gəliblər ki, hazırkı vəziyyətdə 2021-ci il üçün dividendlərin ödənilməsi məqsədəuyğun deyil. Hazırda “Qazprom”un prioritetləri investisiya proqramının həyata keçirilməsi, o cümlədən regionların qazlaşdırılması və qışa hazırlıqdır”. 
Məlumat üçün bildirək ki, 2019-cu ildən “Qazprom” İdarə Heyətinin sədr müavini olan Famil Sadıqov 1968-ci ildə Naxçıvanda anadan olub. S.Orconikidze adına Dövlət İdarəçilik Akademiyasını və Ümumrusiya Vergi Akademiyasını bitirmişdir. İqtisad elmlər namizədidir. 1995–1999-cu illərdə Maliyyə Nazirliyində və Federal Dövlət Xidmətində müxtəlif vəzifələrdə işləyib. 1999–2004-cü illərdə Rusiya vergilər və rüsumlar nazirinin müavini olub. 2005–2009-cu illərdə Hesablama Palatasının rəhbərinin müavini olub. Famil Sadıqov eyni zamanda Belarusda yerləşən "Belqazprombank" İdarə Heyətinin sədridir.

DİGƏR XƏBƏRLƏR

Top