Rusları İlan adasından çıxmağa belə məcbur ediblər - Video+Yenilənib


Rusiya Silahlı birləşmələrinin İlan adasından çıxarılması əməliyyatının görüntüləri yayılıb.
Yeniavaz.com
xəbər verir ki, görüntüləri Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı paylaşıb.
“Artilleriyamızın atəşinə, raket və hava zərbələrinə tab gətirə bilməyən işğalçılar İlan adasını tərk ediblər. Ərazimizin strateji əhəmiyyətli hissəsini azad etmək üçün maksimum tədbirlər görən Odessa müdafiəçilərinə təşəkkür edirəm”, - Zalujnı bildirib.
Əməliyyat görüntülərini təqdim edirik:

***12:42
Rusiya Silahlı Qüvvələrinin İlan adasında yerləşən bölmələri ərazini tərk edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukraynanın “Cənub” əməliyyat komandanlığı məlumat yayıb.
“Gecə saatlarında İlan adasında raket və artilleriya bölmələrimizin atəş zərbələri ilə həyata keçirdiyi hərbi əməliyyatın növbəti mərhələsinin uğurlu keçməsi nəticəsində düşmən iki sürətli qayıqla qarnizonun qalıqlarını tələsik şəkildə təxliyyə edib və ehtimal ki, adanı tərk edib. Hazırda İlan adasında yanğın və tüstü müşahidə olunur, partlayış səsləri eşidilir. Əməliyyatın yekun nəticələri hələ də araşdırılır”, - məlumatda bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top