
Ötən ilin eyni dövrü ilə müqayisdə bu ilin aprel ayında Rusiyada real əməkhaqqı 7%-dən çox azalıb.
Yeniavaz.com Rusiya Statistika Xidmətinin (“Rosstat”) məlumatına istinadən bildirir ki, nominal ifadədə Rusiyada aprel ayında orta aylıq əməkhaqqı 62 min 269 rubl olub. Nominal əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,4% çoxdur, lakin bu ilin mart ayı ilə müqayisədə 6,9% azdır.
“Rosstat” may ayında pərakəndə ticarət dövriyyəsinin 10,1% azaldığını açıqlayıb. Bundan əlavə, sənaye istehsalı may ayında illik müqayisədə 1,7% azalıb. Bəzi sektorlarda azalma daha kəskin olub. Məsələn, minik avtomobillərinin istehsalı illik müqayisədə 96,7% azalıb.