
Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli obyektin fəaliyyətini məhdudlaşdırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, yanğın təhlükəsizliyi qaydalarını pozduğu üçün Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən "Grand" mehmanxanasının fəaliyyəti məhdudlaşdırılıb.