“İsveç və Finlandiyaya ordu yerləşdirilsə...” - Putin NATO-nu hədələdi


“Əgər ora hərbi kontingentlər və infrastrukturlar yerləşdirilsə, cavab verməli və bizə təhlükə yaranan ərazilər üçün eyni təhlükələri yaratmalı olacağıq”.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin İsveç və Finlandiyanın NATO-ya qoşulma prosesinə münasibət bildirərkən deyib.
“Onlar başa düşmürlər? NATO-nun Ukrayna hesabına genişlənməsinə qarşı mübarizə apardığımız, indi isə İsveç və Finlandiyanın hesabına baş verdiyi tezisinin heç bir əsası yoxdur. Çünki bizim üçün Finlandiya və İsveçin üzvlüyü Ukraynanın üzvlüyü ilə heç də eyni deyil. Tamamilə fərqli şeylərdir. Bunu çox gözəl başa düşürlər”, - Putin bildirib.

DİGƏR XƏBƏRLƏR

Top