İcra başçısı: “Şəhərdə qanunsuz tikililərin sayı gündən-günə artır”


Mingəçevirdə qanunsuz küçə ticarəti ilə məşğul olanlara qarşı mübarizə tədbirləri gücləndirilir.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı bu gün Mingəçevir şəhər İcra hakimiyyətində şəhəri ictimaiyyət nümayəndələrinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhərin ağsaqqalları və yerli KİV nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. Məqsəd şəhərin Sahil parkında qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan işbazlara qarşı, küçə ticarəti ilə qanunsuz zəbt edilmiş ərazilərin təmizlənməsi və şəhər əhalisinin normal istirahəti üçün müvafiq tədbirlər həyata keçirməkdir.  Bundan əlavə şəhər nəqliyyatında yaranmış ciddi nöqsanlarla bağlı İlham İsmayılov nəqliyyat rəhbərliyini sərt tənqid edib:
“Bu gün bir çox istirahət yerlərində qanunsuz obyektlər, çayxanalar fəaliyyət göstərir. Kim bunlara icazə verir? Hər yerdə də hallandırılar ki, İcra Hakimiyyətindən icazəmiz var. Yeni tikilib istifadəyə verilmiş parklarda bir də görürsən ki, çayxana fəaliyyətə başlayıb. 130 min əhalisi olan mingəçevirlilər bu gün normal istirahət etməyə yer tapmırlar. Bununla bağlı bizə şəhər əhalisindən müraciətlər daxil olur. Xüsusilə yay mövsümü ərəfəsində əhali normal istirahət etmək istəyir. Lakin bu işbazlar narahatçılıqlar törədirlər. Öz başına kimlərsə tərəfindən razılıq alaraq əhalinin kütləvi istirahət etdiyi Sahil parkını bərbad vəziyyətə salıblar”.
İcra başçısı FHN –nin əməkdaşına da iradını bildirdi. O qeyd edib ki, bu şəhərdə özbaşına tikililərin sayı günbəgün artır:
“Bu nədir? Şuranın qərarı niyə icra olunmur? Mən məcburam sizin  mərkəzi qurumlarla danışam və nümayəndə dəvət edəm. Kimdir bu şəhərə öz başınalıqları gətirən? Şəhərin “Orxan” bazarı deyilən ərazisində qanunsuz ticarət obyektləri baş alıb gedir. Bizim bir mövqeyimiz var şəhəri abadlaşdırmaq. Amma bəzi işbazlar buna maneçilik törədir”.
Esmira Hidayətova, Mingəçevir
 

DİGƏR XƏBƏRLƏR

Top