Bakının bu rayonunda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq


Sabah saat 08:00-dan iyulun 3-ü saat 20:00-a qədər Bakının Yasamal rayonunun Ələsgər Ələkbərov küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Yeniavaz.com xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Sürücülərdən aparılacaq təmir işlərinə anlayışla yanaşmaları, qeyd olunan tarixlərdə təmir işlərinin aparıldığı ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

DİGƏR XƏBƏRLƏR

Top