14 marşrut xətti üzrə 25 avtobusun hərəkəti gecikir


Hazırda Bakının Rövşən Cəfərov, Asif Məhərrəmov, Cavadxan, Alı Mustafayev və Ceyhun Səlimov küçələrində 3-cü mkr dairəsi istiqamətində müşahidə olunan nəqliyyat sıxlığı səbəbindən 7A, 7B, 9, 52, 61, 67, 79, 83, 85, 92, 119, 165, 205 və 211 nömrəli müntəzəm marşrut xəttləri üzrə avtobuslar gecikmə ilə hərəkət edir.

Yeniavaz.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Vahid Dispetçer Xidmətinin məlumatına görə bu dəqiqələrdə qeyd olunan ümumilikdə 14 marşrut xətti üzrə 25 ədəd avtobusun hərəkət intervalında 16-20 dəqiqə lənginmə var.

DİGƏR XƏBƏRLƏR

Top